Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir – FOTO – VİDEO

17:43 - 12 / 07 / 2016
Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir – FOTO – VİDEO

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir.

1news.az-ın məlumatına görə, vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3 ədəd, Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 ədəd körpünün inşası davam etdirilir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa edilir.

Sözügedən körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 119 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.

Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Hazırda hər bir körpünün bünövrəsinin və dayaqlarının tikintisi işləri aparılır. Avtonəqliyyat vasitələrinin gediş-gəlişi üçün isə müvəqqəti yol salınıb.

Kür çayı üzərində inşa edilən körpü 3 aşırımlı olmaqla uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası aparılan körpü 3 aşırımlı olmaqla uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpü də 3 aşırımlı, uzunluğu 66 metr , dəmir yolu üzərindəki körpü isə 1 aşırımlı və 34 metr uzunluğunda olacaq. Hər bir körpünün hərəkət hissəsinin eni 11.5 metr, hər iki istiqamət üzrə piyada səkilərinin eni 1.5 metr olmaqla, ümumi eni 14.5 metr olacaq.

Layihəyə uyğun olaraq körpülərə yanaşma yollarının salınması da nəzərdə tutulub. Yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edəcək.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətllə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. İndiyədək həyata keçirilmiş fiziki işlərin həcmi 24 faiz təşkil edir.

1news.az

Paylaş:
593

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər