BANM-ın tələbələri BP-də istehsalat təcrübəsi keçirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri BP-də istehsalat təcrübəsi keçirlər

10:36 - 12 / 07 / 2016
BANM-ın tələbələri BP-də istehsalat təcrübəsi keçirlər

Bakı Ali Neft Məktəbinin (BANM) III və IV kurslarında təhsil alan 17 tələbəsi BP şirkətində iyulun 1-dən sentyabrın 9-dək (10 həftəlik) ödənişli əsaslarla yay istehsalat təcrübəsi keçirlər.

BANM-dan 1news.az-a verilən məlumata görə, istehsalat təcrübəsi zamanı tələbələr öncə komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər.

Tələbələr təcrübə keçdikləri müddətdə quyuların qazılması və tamamlanması, qazma məhlulları texnologiyası, avadanlığın quraşdırılıması və keyfiyyətə zəmanət/keyfiyyətə nəzarət məsələləri ilə bağlı xüsusi layihələrdə işləyəcəklər.

Həmçinin yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası ilə tanış edilərək neft-qaz yataqlarının kəşfiyyatına və işlənilməsinə cəlb ediləcəklər. Bundan başqa, tələbələrin əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə dair heyət daxilində bütün tədbirlərdə iştirakı gözlənilir.

Beləliklə, BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə  texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq, BP-nin mühəndislik standartları, üsulları, istehsalat zamanı təhlükəsizlik və etika qaydaları ilə yaxından tanış olacaq və zəngin iş təcrübəsi əldə edəcəklər.

İstehsalat təcrübəsinin sonunda tələbələr təcrübə haqqında təqdimatlar hazırlayacaq və təqdimatlar qrup rəhbərləri tərəfindən qiymətləndiriləcəkdir.

Qeyd edək ki, BP şirkətində 10 həftə ərzində yay istehsalat təcrübəsi keçən tələbələr əmək haqqı alacaqlar.

1news.az

Paylaş:
455

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər