“Şərq Tərəfdaşlığı” ölkələri üçün media mükafatı müsabiqəsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şərq Tərəfdaşlığı” ölkələri üçün media mükafatı müsabiqəsi keçiriləcək

11:09 - 13 / 07 / 2016
“Şərq Tərəfdaşlığı” ölkələri üçün media mükafatı müsabiqəsi keçiriləcək

Şәrqi Avropada mәdәniyyәt müxtәlifliyi üzrә ADAMI media mükafatı müsabiqəsi açıq elan olunub.

1news.az-ın məlumatına görə, audiovizual KIV-in bu media-müsabiqəsi “Şərq Tərəfdaşlığı” ölkələrində öz regionlarının dini-mədəni, tarixi və etnik müxtəlifliyini işıqlandırmaq üçün çalışan jurnalistlərin, tele-radio yayım şirkətlərinin əməkdaşların və kinematoqrafların fəaliyyətini əhatə edir.

Ümumilikdə televiziya və onlayn kontenti əhatə edən 6 kateqoriyada 6 mükafat nəzərdə tutulub. Eləcə də gənc kinematoqraflar və jurnalistlər üçün mükafatlar nəzərdə tutulub.

ADAMI müsabiqəsində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna KİV işçiləri edəcək. Bu, mədəni müxtəliflik üzrə işlərinizi nümayiş etdirmək və yayım peşəkarlarından ibarət qrupa qoşulmaq üçün unikal imkandır.

ADAMI Media mükafatı 2016-cı ildə altı kateqoriya üzrı mükafat təqdim edəcək:

- Әylәncә (bәdii) üzrә ADAMI Media mükafatı

- Mәlumat (qeyri bәdii) üzrә ADAMI Media mükafatı

- Xәbәrlәr vә Qısa Qeyri bәdii verilişlәr üzrә ADAMI Media mükafatı

- Gәnclәr üçün ADAMI Media mükafatı

- Veb sәhifәlәr üzrә ADAMI online mükafat

- Veb videolar üzrә ADAMI online mükafat

Müsabiqədə qeydiyyatdan keçmək üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

adamimediaprize.eu.

Ərizə qəbulunun son tarixi 10 oktyabr 2016-cı ildir. Qaliblər 2016-cı ilin noyabr ayında Ukraynanın Kiyev şəhərində, beynəlxalq səviyyədə yayımlanan Ukrayna Milli Televiziyasında təşkil olunacaq təntənəli mərasimdə elan olunacaq.

Müsabiqənin qaydaları və digər məsələlər üçün [email protected] ilə əlaqə qurmaq tövsiyyə olunur.

Qeyd edək ki, ADAMI Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Avropa Yayım Birliyi, “DeutscheWelle” Akademiyası, Şərqi Avropa araşdırmaları üzrə Alman Cəmiyyəti ilə tərəfdaşlıq şəklində həyata keçirilir.

ADAMI Ukrayna, Moldova və Gürcüstanın milli ictimai teleradio yayım qurumları ilə əməkdaşlıq edir.

1news.az

Paylaş:
650

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər