Azərbaycan Ukraynaya nəqliyyat dəhlizlərindən yararlanmağı təklif edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Ukraynaya nəqliyyat dəhlizlərindən yararlanmağı təklif edib

16:15 - 14 / 07 / 2016
Azərbaycan Ukraynaya nəqliyyat dəhlizlərindən yararlanmağı təklif edib

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna şirkətlərinə Azərbaycanın müxtəlif istiqamətlərdə yaratdığı nəqliyyat imkanlarından yararlanmağı təklif edib.

1news.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, Azərbaycanın dövlət başçısı bildirib ki, bununla bağlı artıq ilk sınaq layihəsi həyata keçirilib və müəyyən həcmdə əmtəə Azərbaycan vasitəsilə Ukraynadan şərqə göndərilib: “Hesab edirik ki, bu layihəyə daha çox diqqət yetirməliyik. Tariflər müştərilər üçün cəlbedici olmalıdır ki, yüklər hər iki istiqamətdə hərəkət etsin”.

Azərbaycan prezidenti ukraynalı həmkarını yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırdığını da söyləyib: “Bu, qədim İpək Yolunun bərpasıdır və burada Ukrayna şirkətləri üçün yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan öz tərəfdaşları ilə Şimal-Cənub dəhlizinin reallaşdırılmasında maraqlıdır və bunun üçün mümkün olan hər şeyi edir. Ukrayna da bu imkanlardan istifadə edə bilər”.

Nitqinin sonunda prezident İlham Əliyev ukraynalı həmkarı ilə apardığı danışıqlardan məmnunluğunu ifadə edib.

1news.az

Paylaş:
561

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər