ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək

12:12 - 14 / 07 / 2016
ATƏT qoşunların qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 15-də Azərbaycan Respublikası Füzuli rayonu Horadiz şəhərinin cənubundan keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Den Harvey keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Şvedberq və YSPQ-in rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.

1news.az

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər