Bakı şəhər sakininin evində 2 kiloqramdan çox narkotik maddə aşkar edilib
Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini Pərviz İsmayılov tutulub.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş qeyd edilən şəxsin Xırdalan şəhərində kirayədə yaşadığı evdə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 80 ədəd çətənə kolu və 2 kiloqram 50 qram marixuana aşkar edilərək götürülüb.
1news.az
626