İtaliyalı jurnalist: “Ermənistanda mətbuat azadlığı ilə bağlı ciddi problemlər var”
İtaliyalı jurnalist Alberto Palladino ölkəsinin “İl Primato Nazionale” xəbər portalında Dağlıq Qarabağ həqiqətlərinə dair məqalə ilə çıxış edib.
1news.az-ın məlumatına görə, “Papa Françesko boğulan azadlıqlar və sosial gərginlik arasında olan Ermənistanda” başlıqlı məqalədə əsasən Roma Papası Françeskonun keçən ayın sonunda Ermənistana səfəri təhlil olunub, eləcə də Ermənistanda insan hüquqlarının pozulması diqqətə çatdırılıb.
Məqalədə qeyd olunub ki, Papanın Qafqaza səfəri 24-26 iyun tarixlərində Ermənistanla başlayıb, 30 sentyabr - 2 oktyabr tarixlərində Gürcüstan və Azərbaycanla davam edəcək. Təsadüfi deyil ki, səfərin proqramı da təfərrüatlı olaraq son günlərdə yayılıb. Diqqət çəkən məqamlardan biri isə Papanın Yerevanda etiraz aksiyaları ilə qarşılanmasıdır:
“Amma Roma Papasının xristian Ermənistana səfəri bu ölkədəki yerli xristian icmalarını, qədim erməni kilsəsini ziyarət etmək kimi dini xarakterli ziyarət olmaqla yanaşı, bəlkə də bu ölkədə gərginliyi artıran xoşagəlməz hadisələrə də şərh verməli idi. İnsan hüquqlarının müdafiəsinə çalışan aktivistlərin etirazları elə Françeskonun (Francesco) təyyarədən enməsi ərəfəsində başlamış və Papanın bütün səfəri zamanı davam etmişdi. Hadisələrin mərkəzində isə ofisi Fransada yerləşən Ermənistandakı siyasi məhbuslar komitəsinin müraciəti dayanırdı və Papa Françeskodan Dağlıq Qarabağ münaqişəsininə aid faiciəvi hadisələrin mərkəzində dayanmış Zhirayr Sefilyanın azad olunması bəradə olan petitsyaya qoşulması istənilmişdi. Ermənistanda çoxları tərəfindən milli qəhraman hesab olunan və müharibədəki xidmətlərinə görə birinci dərəcəli medalla təltif olunmuş Zhirayr bir müddətdir ki, antidemokratik tərzi və erməni siyasi aparatında tüğyan edən geniş korrupsiya ilə bağlı prezident Serj Sarkisyanı tənqid edən “yeni erməni cəbhəsi” adlı siyasi qrupun təşviqatçısıdır.
Komitə Papanı prezidentin opponentlərinin həbs probleminə biganə qalmamağa və məhbuslarla bağlı vasitəçilik üçün Ermənistan rəhbərliyi ilə müzakirə aparmağa çağırıb. Zhirayr Sefilyan bu ilin aprelində digərləri ilə birgə bir sıra mühüm dövlət binalarına hücum təşkil etmək və müxtəlif silah saxlamaq ittihamı ilə 20 iyun tarixində həbs edilib. Bu səbəbdən Sefilyan məhkəmə tərəfindən ona qarşı məhdudlaşdırıcı tədbir kimi həbs qərarı verildikdən sonra həbsxanaya göndərilib. Lakin aktivistlər bildirirlər ki, bu saxta ittihamın əsasında məqsəd Ermənistanın siyasi panoramasında narahatlıq yaradan bir səsi boğmaq dayanır”.
A.Palladiono bildirib ki, Sefilyan erməni xalqının yoxsullaşması, Ermənistanın beynəlxalq nüfuzunu itirməsi, aprel döyüşlərində Azərbaycan ordusuna məğlub olması, iqtisadiyyatın dağılması və bu gün ona nəzarət edən və sərhədlirini qoruyan Rusiya kimi başqa bir dövlətdən tam asılı vəziyyətə düşdüyünə görə hakimiyyətdə olan xuntanı davamlı olaraq tənqid edir, onu avtoritar, cinayətkar adlandırır.
Etirazın digər səbəbi isə prezident Serj Sarkisyana artıq 2018-ci ildə başa çatacaq ikinci prezidentlik müddətindən sonra hakmiyyəti öz nəzarəti altında saxlamağa imkan verən Ermənistanda 2015-ci ildə keçirilmiş “qeyri-demokratik” referendumla bağlıdır. Avropa Şurası Parlament Assambleyasının müşahidəçilərinin verdiyi bəyanata görə referendum ciddi saxtakarlıqla keçirilib:
“Ermənistanda siyasi məhbusların sayı 14 nəfərdən ibarətdir və onlar üçün insan hüquqları komitələri uca səslə mübarizə aparırlar. Söhbət Voloda Avetisyan, Shant Arutunyan, Alek Pogosyan, Avetis Avetisyan, Liparit Petrosyan, Vardan Vardanyan, Vage Mkrtichyan, Albert Margaryan, Sevak Mnachakanyan, Ayk Arutunyan, Mkrtich Ovannisyan, Ayk Kuregyan, Gevork Safaryan və nəhayət Zhirayr Sefilyandan gedir.
Papanın səfəri münasibətilə bu məhbus aktivistlər üçün vətəndaş cəmiyyətinin təşəbbüsü ilə flash-mob təşkil etmək düşünülmüşdü. Lakin radikal müxalifət qrupu sayılan “Ermənistanın təsis parlamenti” (Armenia’s founding parliament) tərəfindən verilmiş şərhə görə, polis etiraz tədbirini dağıtmaq üçün yüzlərlə insanın azadlıq və hərəkət hüququnu pozub.
“Polisin hərəkətləri qanunsuzdur və əsas insan hüquq və azadlıqlarını pozur”, deyə qrupun bəyanatında qeyd olunur və əlavə olunur ki, yeni həbs olanlar arasında bu şəxslər ola bilər: Shahen Harutyunyan, Gagik Yeghiazartyan, Ramik Manukyan, Tigran Manukyan, Vahram Petrosyan, Paylak Tevanyan, il giornalista Tigran Mazmanyan, Tigran Kirishchyan, Elmon Yeghnukyan, Mikayel Nazaryan, Sergey Kyureghyan, Nerses Gevorgyan, Sevak Manukyan və Hovhannes Ghazaryan. Həmçinin Papa ilə görüşü nəzərdə tutulan və ona məktub çatdırmalı olan məşhur erməni yazıçısı Gaspari polis tərəfindən həmin məktubun mətnini yoxlamaq bəhanəsi ilə saxlanılıb”.
Məqalədə bildirilir ki, bu ilin əvvəllərində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Forumunun Direktorlar Komitəsi Ermənistan rəhbərliyi tərəfindən vətəndaş və siyasi fəalların insan hüquqlarının pozulması hallarının artması ilə bağlı narahatlığını bəyan edib. “2016-ci ilin əvvəlindən Ermənistan hakimiyyəti siyasi opponentlərə qarşı repressiyaları gücləndirib və daha bir nəfərin həbs edilməsilə siyasi məhbusların sayı 13-ə çatıb. Hakimiyyətin hazırda həbsxanada olan məhbuslara qarşı təzyiq məqsədilə amansız üsullardan istifadəsi vəziyyəti daha da ağırlaşdırıb. “Gənc müxalifətçi, vətəndaş fəalları və hüquq müdafiəçilərinə qarşı hücumlar və təhdidlər davamlı hal almaqdadır”, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun cari ilin 1 fevral tarixli press-relizində deyilir.
Ağır məhdudiyyətlər və insan hüquqlarının pozulmasından nadir hallarda danışan mətbuat şəffaf məlumatlar təchiz edən və Ermənistanın sonuncu müxalifətçi KİV-i olan “İlkin məlumat” (http://www.1in.am/) portalının bağlanması xəbərini yayıb. 2010-cı ildən fəaliyyət göstərən bu portal Ermənistanda obyektiv məlumat çatdıran əsas KİV olmağa çalışırdı. Portal öz fəaliyyətinə xitam verməklə bağlı mətbuat açıqlaması yayıb.
“Digər tərəfdən bu epizod Ermənistanda mətbuat azadlığı ilə ciddi problemlərin mövcud olduğunu göstərir. Xatırladırıq ki, 23 iyun 2015-ci il tarixində İrəvanda ictimai nümayişi izləyən müxtəlif KİV-lərdən olan jurnalistlər polis tərəfindən təhqir olunub, onlarla pis rəftar olunub, həbs ediliblər. Bundan əlavə, ötən ilin 6 dekabr tarixində Ermənistanda konstitusiya islahatları ilə bağlı referendum keçirilərkən jurnalistlərin öz funksiyalarını yerinə yetirməsinə mane olan bir sıra ciddi hallar da baş verib. Hər iki halda, media azadlığı üzrə ATƏT-in nümayəndəsi Dunya Miyatoviç jurnalistlərə qarşı maneələr və təhdidlərin olmasına görə narahatlığını bildirib və əlavə edib ki, jurnalistlərin təhlükəsizliyi hər an təmin edilməlidir”- deyə, məqalədə qeyd olunub.
1news.az