Prezident İlham Əliyev İsveçrənin maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev İsveçrənin maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15:02 - 15 / 07 / 2016
Prezident İlham Əliyev İsveçrənin maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezidenti İlham Əliyev iyulun 15-də İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurer ölkəmizə səfərinin məqsədi və keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verib.

İsveçrə-Azərbaycan münasibətlərinə toxunan qonaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətinin önəmini qeyd edərək, ölkələrimiz arasında mövcud olan yaxşı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında çox səmərəli ikitərəfli əlaqələrin mövcudluğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu deyib.

Enerji sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı İsveçrə Konfederasiyasının TAP layihəsinə verdiyi dəstəyin önəmini qeyd edib.

Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində aktiv fəaliyyətini yüksək qiymətləndirib.

1news.az

Paylaş:
510

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər