Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib

17:16 - 15 / 07 / 2016
Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2016-cı ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlərin təhlili və döyüş hazırlığının ikinci yarımilində qarşıda duran vəzifələrlə bağlı toplantı öz işinə başlayıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, toplantıda ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirin gündəliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev toplantıda cari ilin ilk yarısında şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını təhlil edərək Müdafiə nazirinin qərar və əmrlərinin tələblərinə, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılmasına dair təlimatların, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılmasını, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsini və bu istiqamətdə səylərinin artırılmasının vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordu günü ərəfəsində hərbçilərə mənzillərin verilməsini hərbi qulluqçuların və onların ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olduğunu xatırladan nazir müavini, dövlətimizin başçısının hərbçi ailələri ilə görüşü zamanı bir daha Azərbaycan Ordusunun mənəvi-psixoloji və döyüş hazırlığının yüksək qiymətləndirdiyini xatırlatdı. Nazir müavini bundan sonra da Ali Baş Komandan və Müdafiə naziri tərəfindən qarşıya qoyulan bütün tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Toplantıda çıxış edən general-mayor Rasim Əliyev hərbi kollektivlərdə mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması, sağlam mühitin yaradılması, dostluq və əsgəri yoldaşlıq ənənələrinin tərbiyə olunması istiqamətində komandir-rəis heyəti tərəfindən müvafiq işlərin görülməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.

Toplantı şəxsi heyətlə iş üzrə zabitlərin, ictimaiyyət nümayəndələrinin, elm xadimlərinin, ziyalıların çıxışları və müxtəlif mövzuların müzakirəsi ilə davam edib.

1news.az

Paylaş:
495

Son xəbərlər

AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23
Bütün xəbərlər