Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi cari ilin ilk yarısında 5327 müraciətə baxıb
Cari ilin ilk yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 5327 müraciətinə baxılıb.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda Baş idarənin rəisi Kamran Əliyev qurumun 2016-cı ilin ilk yarısında görülən işlərə həsr olunmuş mətbuat konfransında dyib.
Onun sözlərinə görə, müraciətlərdən 146-sı cinyaət tərkibli material qismində baxılıb və onalrın 97% barəsində cinayət işi qaldırılıb.
49 müraciətlə bağlı müvafiq aktlar tərtib edilib və nəticədə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.
3254 müraciət Baş prokurorluğun “qaynar antikorrupsiya qaynar xəttinə” – “161”-ə daxil olub və onlardan 14 barədə cinayət işi qaldırılıb.
Cinayət yeridən saxlanılan şəxslər barəsində 21 cinayət işi, həmçinin 15-i barədə korrupsiya ilə bağlı qayda pozuntulara görə, açılıb.
Bundan əlavə cari ilin ilk 6 ayında Baş İdarə 143 vəzifəli şəxs barəsində 100 cinayət işi üzrə istintaqları bitirib.
7 nəfərin rüşvət verməsi faktı ilə 4 iş, 7 nəfərin rüşvət alması faktı ilə 7 iş, 25 insanın şəxsi mənffət məqsədi ilə vəzifə səlahiyyətlərindən istifadəsi v ya onları aşması faktı ilə 17 iş, 3 nəfərin vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsəməsi ilə bağlı 2 iş, 30 nəfərin vəzifə səlahiyyətlərindən istifadə edərək dələduzluq etməsi ilə bağlı 27 iş və s. qaldırlıb.
Bütün bu işlər baxılması üçün məhkəmələrə yönəldilib.
Bu cinayət işləri ilə bağlı fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar ümumi olaraq 3 milyon 151 min manat həcmində məbləğin (dəymiş 9 milyon 785 min manat ziyanın 32,2%) qaytarılması təmin edilib.
Qalan ziyanın qaytarılması ilə bağlı zəruri tədbirlər görülür.
1news.az