Qiyamda iştirakına görə həbs edilən hərbçilərin sayı 1563-ə çatıb - YENİLƏNİB
Anadolu Agentliyinin “Tvitter” hesabında qiyamda iştirak edən 1563 hərbçinin həbs edildiyi barədə məlumat yerləşdirilib.
Paytaxt Ankarada vətəndaşlar dövlət çevrilişi cəhdinə kəskin etirazlarını bildirmək üçün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının binasına doğru yürüş edirlər.
x x x
Qiyamla bağlı həbs olunanların sayı artıq 754-ə çatıb. Onların arasında general-mayor rütbəsində olan bir hərbçi də var.
x x x
Baş nazir qiyamda iştirak edən bir generalın öldürüldüyünü qeyd edib. Bildirib ki, həbs olunanlar arasında polkovnik rütbəsində olan hərbçilər də var.
Binəli Yıldırım, həmçinin günorta saatlarında bütün deputatları parlamentin fövqəladə iclasına çağırdığını deyib.
x x x
Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, hazırda qiyamla bağlı 130 nəfər həbs olunub.
Hadisələrlə bağlı istintaq davam etdirilir.