Nuru paşanın əsgərinə məxsus 3 kitab Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə hədiyyə olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nuru paşanın əsgərinə məxsus 3 kitab Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə hədiyyə olunub – FOTO

13:07 - 18 / 07 / 2016
Nuru paşanın əsgərinə məxsus 3 kitab Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə hədiyyə olunub – FOTO

1917-1918-ci illərdə Nuru paşanın rəhbərliyi ilə Bakıya gələn Qafqaz İslam Ordusunun 12-ci alayında xidmət etmiş türk əsgəri Əli oğlu Əhmədə məxsus 3 kitab bu yaxınlarda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim olunub.

1news.az-ın məlumatına görə, Əli oğlu Əhmədin nəticəsi Maşidə Niğmət Məmişin muzeyə hədiyyə etdiyi “Şakircan Əlhəmdi Əttəkva. İslam ibadətləri”, “Hacı Əbdülhəmid Hamid Əlbərzənci”, “Əli Nəzima. Mükatibə-ye məxsus tarix kitabları kolleksiyonu” kitabları XX əsrin əvvəllərində Bakıda baş vermiş hadisələrin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, kitablar əski əlifba ilə (türk və Azərbaycan dillərində) qələmə alınıb.

1news.az

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər