Bakı sakinini döyüb 120 manatını alan şəxslər tutuldular
Bakı sakininə qarşı quldurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində 2 naməlum şəxs qəsəbə sakini Anar Cabbarovu döyüb 120 manat pulunu alıb.
Binəqədi polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməksdə şübhəli bilinən Bakı şəhər sakinləri Samir Sultanov və Bəhram Mikayılov tutulublar.
1news.az
718