Çayda batmaq təhlükəsi ilə üzləşən Salyan sakini xilas edilib
Salyan rayonunda çayda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
1news.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan şəhərində 1 nəfərin çayda (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
1news.az
754