“Qafqaz” Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə “Qafqaz” Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov özünün facebook səhəfəsində yazıb.
Qeyd olunub ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək. Pedaqoji heyətin də fəaliyyətini davam etdirəcəyi bildirilib.
Mövzu ilə əlaqədar oxuyun:
“Qafqaz” Universiteti fəaliyyətini dayandırdı
1news.az
419