ABŞ Fətullah Gülənin ekstradisiyası üzrə materiallarla tanış olur | 1news.az | Xəbərlər
Dünya

ABŞ Fətullah Gülənin ekstradisiyası üzrə materiallarla tanış olur

09:35 - 20 / 07 / 2016
ABŞ Fətullah Gülənin ekstradisiyası üzrə materiallarla tanış olur

ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı telefon danışı zamanı Ankaranın ekstradisiya etmək istədiyi Fətullah Gülən ətrafındaki vəziyyəti müzakirə ediblər.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Ernestin sözlərinə görə, liderlər ABŞ-da yaşayan Gülənin statusunu müzakirə ediblər:

“Türkiyə hökuməti ABŞ hökumətinə elektron şəkildə Gülənin statusuna dair materiallar təqdim edib. Dövlət departamenti və ədliyyə nazirliyi ekstradisiya haqqında sazişə uyğun olaraq bu materiallarla tanış olacaq”.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər