“Azərişıq”a məxsus transformator yanıb
“Azərişıq” ASC-yə məxsus transformator yanaraq sıradan çıxıb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Sabunçu rayonunda yanğın nəticəsində “Azərişıq” ASC-yə məxsus gücü 180 kVt olan transformatorun yanar hisələri və ətrafında 20 m2 sahədə quru ot yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
1news.az
600