Şamaxı və Sumqayıt sakinləri boğularaq ölüblər
İki gündə Azərbaycanda iki nəfər boğularaq dünyasını dəyişib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 20-də Sumqayıt şəhər sakini Cavid Şahverdiyev şəhərdəki dəniz çimərliyində boğulub.
Oxşar hadisə dünən Şamaxı rayonunda da qeydə alınıb. Belə ki, sözügedən rayonun Qaravəlli kəndində yaşayan Natiq Xudaverdiyev həyətlərindəki su quyusuna yıxılaraq boğulub.
1news.az
648