ADNSU Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

ADNSU Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

15:35 - 22 / 07 / 2016
ADNSU Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistlə görüş keçiirilib.

1news.az-ın verdiyi xəbərə görə, görüşdə ADNSU-nun İcimaiyyətlə Əlaqələr və Marketinq  departamentinin direktoru Bəhruz Nəzərov univseritetin rektoru prof. Mustafa Babanlı adından jurnalısitləri təbrik edərək sözü univsersitetin Tərbiyə işləri üzrə prorektoru Ata Babayevə verib.

Daha sonra çıxış edən univsersitetin  Tərbiyə işləri üzrə prorektoru Ata Babayev jurnalistləri salamlayaraq Milli Mətbuatın yaranmasının 141-ci ildönümü münasibətilə media nümayəndələrini təbrik edib.  Ölkə prezidenti İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan söz açıb. Daha sonra mətbuatın banisi Həsən bəy Zərdabidən və “Əkinçi” qəzetindən danışıb.  “Əkinçi” qəzetinin  xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsindəki əvəzsiz  rolundan bəhs edib. Və sonda bütün jurnalistlərə peşə fəaliyyətində uğurlar arzulayıb.

Prorektor prof. Q.Məmmədov ADNSU ilə medianın sıx əlaqələrindən məmnun olduğunu deyib.  Universitetin  əldə etdiyi son uğurlardan danışan prorektor  Startup layihəsi və Fransız Azərbaycan Univsersiteti haqqında məlumatların mediada işıqlandırılmasında jurnalistlərin böyük əməyi olduğunu vurğulayıb.

Tədbirin sonunda univserditetin fəaliyyətinin mediada işıqlandirilmasında  fəal iştirak edən bir qrup jurnalist mükafatlandırılıb.

1news.az

Paylaş:
957

Son xəbərlər

Bütün xəbərlər