Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclasının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclasının vaxtı açıqlanıb

11:16 - 22 / 07 / 2016
Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclasının vaxtı açıqlanıb

Azərbaycan prezidenti tərəfindən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası təyin olunub.

1news.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclas iyulun 25-də, saat 10.00-da keçiriləcək.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib.

1news.az

Paylaş:
1044

Son xəbərlər

Bütün xəbərlər