Rusiya vətəndaşından külli miqdarda zərgərlik məmulatı aşkar edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya vətəndaşından külli miqdarda zərgərlik məmulatı aşkar edilib – FOTO

12:22 - 22 / 07 / 2016
Rusiya vətəndaşından külli miqdarda zərgərlik məmulatı aşkar edilib – FOTO

İstanbuldan Bakıya gələn Rusiya vətəndaşından külli miqdarda zərgərlik məmulatı aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı “Yaşıl Kanal”a daxil olub gömrük nəzarətindən keçmək istəyərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən geri qaytarılaraq “Qırmızı Kanal”a yönləndirilib.

Sərnişinə məxsus əl çantasına rentgen aparatı vasitəsilə baxış keçirilən zaman orada  zərgərlik məmulatlarına bənzər əşyaların təsviri göründüyündən vətəndaş gömrük yoxlanılmasına dəvət olunub.

Yoxlama başlamazdan əvvəl gömrüyə mütləq qaydada bəyan olunası əşyaların olub-olmamasına dair sorğu-sual zamanı o, çantasında zərgərlik məmulatlarının olduğunu bildirib. Həmin şəxsin çantasına baxış keçirilən zaman oradakı 1 ədəd bağlamanın içərisindən gömrük nəzarətinə təqdim edilməyən, əvvəlcədən şifahi, elektron formada bəyan olunmayan 13 ədəd boyunbağı aşkar olunub.

Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq sərnişinin üzərində aparılan şəxsi yoxlama zamanı 3 ədəd bağlamada zərgərlik məmulatları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qeyd olunan əşyalarla bağlı aparılan fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası nəticəsində məlum olub ki, vətəndaşdan aşkar edilən 585 əyarlı qızıldan hazırlanmış 94 adda məmulatın xalis çəkisi 575,19 qramdır.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
557

Son xəbərlər

DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36
Bütün xəbərlər