Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qərb bölgəsində görüşlər keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qərb bölgəsində görüşlər keçirib - FOTO

16:54 - 25 / 07 / 2016
Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qərb bölgəsində görüşlər keçirib - FOTO

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və Komitənin üzvləri Qərb bölgəsində səfərdə olub.

1news.az xəbər verir ki, Tovuzda “Beynəlxalq Heydər Əliyev kuboku” uğrunda kidboksinq yarışlarını izləyən Fuad  Muradov, Komitənin üzvləri Adil Əliyev, Şahin İsmayılov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat  Kamran Nəbizadə, daha sonra mükafatlandırma mərasimində iştirak ediblər.

Nümayəndə heyəti yarışdan sonra Qazax rayonunda 200-də çox gənclə görüşüblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək belə görüşlərin gənclərin inkişafına xidmət etdiyini deyib.

Fuad Muradov isə çıxışında gənclərlə bağlı qəbul olunan qərarların, verilən sərəncamların Azərbaycan gəncinin cəmiyyətdə yüksək mövqe tutmasına xidmət edir. Millət vəkili deyib ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin də yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərin sürətli davam etdiriləməsinə hesablanıb.

Tədbirdə müzakirələr zamanı gənclər özləri üçün xarici dil kurslarının, kitab klublarının yaradılması və ya genişləndirilməsi, hərbi vətənpərvərlik məsələləri ilə bağlı layihələrin daha çox icra edilməsi üçün şəraitin yaradılması istiqamətində təkliflərlə çıxış ediblər. Görüş Komitə üzvləri gəncləri maraqlandıran  sualların cavablandırması ilə yekunlaşıb.

Nümayəndə heyəti həmçinin, Qazaxın Ermənistan silahi qüvvələri ilə ən yaxın təmas xəttində yerləşən Məzəm kəndində olublar. Kənd sakinləri ilə görüşən millət vəkilləri onları narahat edən məsələlərlə tanış olublar. Bildirilib ki, Ermənistan tərəfi tez-tez dinc əhalini atəşə tutur və nəticədə əhaliyə ziyan dəyir. Eyni zamanda dinc sakinlər yaralanır, öldürülürlər. Lakin bununla belə kənd sakinləri heç də qorxmadıqlarını bildiriblər. Qeyd edilib ki, kənddə həyata keçirilən müxtəlif infrastruktur layihələri onların həyat səviyyələrinin daha da yaxşılaşdırılmasına xidmət edir.

1news.az

Paylaş:
1675

Son xəbərlər

MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10
Bütün xəbərlər