ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” layihəsi davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” layihəsi davam edir - FOTO

10:30 - 25 / 07 / 2016
ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” layihəsi davam edir - FOTO

“ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun dəstəyi ilə baş tutan “Həmrəylik düşərgəsi” layihəsi davam edir.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.

Lahıcda keçirilən “Həmrəylik düşərgəsi” layihəsi üzrə 60 könüllü artıq 6-cı gündür ki, hərbi çadırlarda yaşayırlar. Layihə müddətində Lahıcda bir sıra təlimlər, sosial aksiyalar və tədbirlər keçirilib.

Bu tədbirlərdən biri də Niyaldağa yürüş olub. İştirakçılar Azərbaycanın qədim, gözoxşayan tarixi ərazi və abidələri ilə yaxından tanış olublar. Vertikal Qrupun dəstəyi ilə həyata keçirilən bu turda gənclərə təbiətlə davranış qaydaları da aşılanıb.Turda əsas məqsəd gənclərin fiziki hazırlığının təmin edilməsinin təşviq edilməsi və onlarda fiziki sağlamlığa maraq aşılamaq, Azərbaycanın tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırmaqdır.

Daha sonra düşərgəyə qayıdan könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 15 ölkədən Lahıca gəlmiş əcnəbilərlərlə görüşüblər. Düşərgə iştirakçıları və əcnəbi qonaqlar birlikdə multikulturalizm dəyərləri əsasında fikir mübadiləsi aparıblar. Könüllülər daha sonra Gəncə “ASAN xidmət” mərkəzinin teatr truppasının hazırladığı “Məhəbbətin Qənimi” tamaşasını izləyiblər. Açıq havada baş tutan tamaşa qəsəbə sakinləri  tərəfindən maraqla qarşılanıb.

Düşərgənin 5-ci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov  iştirakçılar ilə görüşüb.

İnam Kərimov görüş zamanı ASAN könüllülərinin sayının 8 minə çatdığını və onların qısa müddətdə bir çox uğurlu layihələr həyata keçirdiyini vurğulayıb. Eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının həyata keçirdiyi layihələr və tədbirlərin sosial əhəmiyyətindən danışıb.

Daha sonra görüş “Könüllü fəaliyyətini necə təkmilləşdirməli” mövzusunda müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, “Həmrəylik düşərgəsi” layihəsi 26 iyul tarixinə qədər davam edəcək. 

1news.az

Paylaş:
602

Son xəbərlər

MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10
Bütün xəbərlər