Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri TANAP-ı müzakirə etmək üçün görüşməyi planlaşdırırlar | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri TANAP-ı müzakirə etmək üçün görüşməyi planlaşdırırlar

12:28 - 25 / 07 / 2016
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri TANAP-ı müzakirə etmək üçün görüşməyi planlaşdırırlar

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri 2016-cı ilin sonuna kimi enerji əməkdaşlığını müzakirə edəcəklər.

Bu haqda 1news.az bolqar xəbər nəşri Novinite “Associated Press”-ə istinadla xəbər verir.

Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana, buradan da Türkiyəyə, Avropa sərhədlərinə qədər təchizatı məsləsi müzakirə olunacaq.

Bu haqda Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapıçı bəyan edib.

Qeyd olunur ki, Türkmənistan dünyada qaz ehtiyatlarına görə, dördüncü - 17,5 trilyon kubmetrə sahibdir. Hazırda Türkmənistan öz qazının böyük hissəsini Çinə, bir hissəsini də İrana ixrac edir.

Həmçinin boru kəmərinin Əfqanıstandan Pakistana və Hindistana çəkilməsi də plalaşdırılılır. Lakin bu layihənin həyata keçirilməsi təhlükəsizlik baxımından çətinləşir.

1news.az

 

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər