Restoran sahibini öldürməklə hədələyib pul istəyən keçmiş məhkum tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Restoran sahibini öldürməklə hədələyib pul istəyən keçmiş məhkum tutulub

14:11 - 26 / 07 / 2016
Restoran sahibini öldürməklə hədələyib pul istəyən keçmiş məhkum tutulub

Xaçmaz rayonunda keçmiş məhkum restorana girərək xuliqanlıq edib.

1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, iyulun 24-də Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb edib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Mövlanov tutulub.

Ondan 3,225 qram heroin götürülüb.

1news.az

 

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər