Azərbaycanda kabel televiziyaları ilə bağlı hüquq-mühafizə oqranlarına müraciət edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda kabel televiziyaları ilə bağlı hüquq-mühafizə oqranlarına müraciət edildi

10:37 - 26 / 07 / 2016
Azərbaycanda kabel televiziyaları ilə bağlı hüquq-mühafizə oqranlarına müraciət edildi

Azərbaycanda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları çoxdur.

1news.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, bir sıra yeni tikilən binalarda daxildə texniki qurğular qoyaraq kabel yayımı ilə məşğul olurlar:

“Bu, qanunsuzdur. Bununla bağlı hüquq-mühafizə oqranlarına, Bakı şəhər İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etmişik. Tədricən bu məsələlər həllini tapır, amma çox təəssüf ki, bunların sayı çoxdur. Bu fəaliyyətlər bəzən o qədər gizli şəkildə olur ki, aşkar etmək çətin olur. Bu, bir az çətin məsələdir”.

MTRŞ sədri qeyd edib ki, vətəndaşlar fəaliyyətlərini qanunla həyata keçirməlidirlər:

“Kimin qanuni yayım hüququ varsa, onlarla əməkdaşlıq etsələr həm vətəndaşlar, həm sahibkarlar, həm də dövlətimiz üçün daha xeyirli olar”.

1news.az

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər