Sumqayıt və Bakı sakinlərindən 1 kiloqrama yaxın narkotik maddə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt və Bakı sakinlərindən 1 kiloqrama yaxın narkotik maddə götürülüb

18:57 - 27 / 07 / 2016
Sumqayıt və Bakı sakinlərindən 1 kiloqrama yaxın narkotik maddə götürülüb

Polis əməkdaşları Sumqayıt və Bakı sakinlərindən xeyli miqdarda narkotik maddə götürüblər.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Tofididən 450 qram marixuana götürülüb.

Eyni zamanda Yasamal polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İmran İsgəndərovdan 490 qram marixuana götürülüb.

1news.az

 

Paylaş:
476

Son xəbərlər

Messinin atası vəfat edib

08 / 08 / 2026, 15:55
Bütün xəbərlər