Ordunun təminatı diqqət mərkəzindədir
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin - Arxa Cəbhə İdarəsində müvafiq xidmət rəisləri ilə ötən yarım ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.
1news.az-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən təşkil olunan toplantıda çıxış edən idarə rəisi polkovnik Münasib Babayev Ali Baş Komandanın ordunun təminatını daim nəzarətdə saxladığını, dövlətimizin diqqət və qayğısı sayəsində Müdafiə Nazirliyi rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu istiqamətdə qısa müddətdə böyük uğurların əldə olunduğunu iştirakçıların diqqətinə çatdırıb.
Hərbi qulluqçuların sosial-məişət şəratinin yaxşılaşdırılması sahəsində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirildiyi və bu istiqamətdə işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Daha sonra ötən altı ay ərzində arxa cəbhə xidməti üzrə görülən işlər barədə hesabatlar dinlənilib və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.
1news.az