Azərbaycan ABŞ-da keçirilən Minilliyin Layihəsi konfransında təmsil olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ABŞ-da keçirilən Minilliyin Layihəsi konfransında təmsil olunub – FOTO

16:52 - 28 / 07 / 2016
Azərbaycan ABŞ-da keçirilən Minilliyin Layihəsi konfransında təmsil olunub – FOTO

ABŞ-da Vudro Vilson adına Beynəlxalq Mərkəzdə Minilliyin Layihəsinin Planlaşdırma Komitəsinin iclası keçirilib. İclasda ölkəmizi Azərbaycanda Minilliyin Layihəsinin şöbəsi olan Azərbaycanın Gələcəyinin Tədqiqatları Cəmiyyətinin (AGTC) sədri, fəlsəfə doktoru Reyhan Hüseynova təmsil edib.

Minilliyin Layihəsi – bu, beynəxalq “beyn mərkəzidir” ki, burada dünyanın 60 ölkəsindən nümayəndəlik iştiark edir.

1news.az-a Azərbaycanın Gələcəyinin Tədqiqatları Cəmiyyətinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda çıxış edən R.Hüseynova AGTC-nın il ərzində gördüyü işlərdən bəhs edib. Eləcə də, iclas iştirakçılarının diqqətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini çatdırıb.

Qeyd edək ki, Minilliyin Layihəsi Planlaşdırma Komitəsinin ilk iclası 2013-cü ildə Bakıda keçirilib. Dünyanın 40 ölkəsinin nümayəndələrinin qatıldığı bu mötəbər tədbirdə Azərbaycanın iştirak etməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir.

Reyhan Hüseynova Azərbaycanı hər il keçirilən WFS 2016 gələcək tədqiqatlar cəmiyyətinin konfransında təmsil edib. Beynəlxalq təşkilat hər il bu quruma üzv olan ölkələrdən daxil olan hesabatları qəbul edir və üzv ölkələrdə qlobal çağırışlara cavab verən layihələrin icrası ilə bağlı müzakirələr aparır. Hər bir ölkənin nümayəndəsi öz ölkəsində aparılan işlərlə bağlı məlumat verir, qarşıda duran məsələlər barəsində fikir mübadiləsi aparır.

İyulun 25-27-də AGTC-nin sədri ABŞ-ın Virginiya ştatında, NATO-nun Sülh və Təhlükəsizlik məsələləri üzrə proqramının dəstəyilə Minilliyin Layihəsinin keçirdiyi simpoziumda iştirak edib. Simpozium potensial terrorçuların aşkar edilməsi və onlarla mübarizədə yeni texnologiya və strategiyaların işlənib hazırlanmasına həsr olunub.

R.Hüseynova simpoziumda ekspert və alimlərin qarşısında Qafqazda və regiona qonşu ölkələrdə təhülükəsizlik problemləri ilə bağlı məruzə ilə çıxış edib. Eləcə də, iyulun 24-də AGTC ilə Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşəbbüsü ilə simpozium iştirakçıları üçün ziyafət təşkil edilib.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin məsləhətçisi Məmməd Talıbov, Minilliyin Layihəsinin direktoru Cerom Qlenn, AGTC-nin rəhbəri Reyhan Hüseynova, eləcə də layihənin dünyanın digər nümayəndəliklərinin ekspert və alimləri çıxış ediblər.

Vaşinqtonda səfər zamanı Azərbaycanı təmsil edən AGTC-nın sədri iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunub. Eləcə də, R.Hüseynova ermənilərin Cənubi Qafqazın inkişafına mane olmalarından, Xəzər və Qara dənizlərdəki strateji cəhətdən əhəmiyyətli layihələrə təsir göstərmələrindən və Cənubi Qafqazda terrorizmin yayılmasına imkan vermələrindən geniş bəhs edib.

1news.az

 

Paylaş:
669

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər