Şəmkir sakinindən partladıcı qurğu, Balakən sakinindən isə ov tüfəngi götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkir sakinindən partladıcı qurğu, Balakən sakinindən isə ov tüfəngi götürülüb

11:10 - 28 / 07 / 2016
Şəmkir sakinindən partladıcı qurğu, Balakən sakinindən isə ov tüfəngi götürülüb

Balakən və Şəmkir sakinləri qanunsuz əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kəndində yaşayan Şəmkir rayon sakini Natiq Alıyevin evinə baxış zamanı “PZU-5M” markalı partladıcı qurğu (generator),  Qaysa kənd sakini Məhəmməd Gəncəyevdən isə müvafiq sənədləri olmayan yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

1news.az

 

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər