Bu il 115 min insan Ermənistanı tərk edib
Ermənistanda əhalinin sayı azalıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Statistika Xidmətinin Siyahıyaalma və Demoqrafiya şöbəsinin rəhbəri Karine Kuyumcyan bildirib ki, miqrasiya axını təbii artımı üstələyir.
O qeyd edib ki, 2016-cı ilin yanvarından iyunadək ölkəni 115395 nəfər tərk edib.
Rəsmi məlumatlara əsasən, 2016-cı ilin birinci rübündə Ermənistanda əhalinin sayı miqrasiya səbəbindən azalıb.
1news.az
583