35 tibbi müəssisə barədə mənfi rəylər hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

35 tibbi müəssisə barədə mənfi rəylər hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim edilib

11:10 - 29 / 07 / 2016
35 tibbi müəssisə barədə mənfi rəylər hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim edilib

Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında 159 özəl tibb müəssisəsində yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib.

1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qiymətləndirmənin nəticələrinə əsasən, 124 müəssisə (78,0 faiz) barədə müsbət, 35 müəssisə (22,0 faiz) barədə isə mənfi rəylər hazırlanaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edilib. Bu ilin birinci yarısında 25 şəxs tərəfindən özəl tibb fəaliyyəti subyektləri barədə daxil olan müraciətlər və şikayət məktubları ətraflı araşdırılaraq lazımi tədbirlər görülüb və nəticəsi barədə ərizəçilərə məlumat verilib.

Bundan başqa, Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən lisenziyasız özəl tibb fəaliyyəti göstərənlər barədə 6 protokol tərtib edilərək Səhiyyə Nazirliyinə göndərilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə uyğun olaraq hər bir şəxs barəsində Səhiyyə Nazirliyi tərəfindən inzibati cərimə haqqında qərar çıxarılıb.

1news.az

Paylaş:
410

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər