Ermənistanın müxalif “İrs” partiyasının sədr müavini həbs olunub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın müxalif “İrs” partiyasının sədr müavini həbs olunub

14:04 - 30 / 07 / 2016
Ermənistanın müxalif “İrs” partiyasının sədr müavini həbs olunub

Ermənistanda siyasətçi Armen Martirosyan həbs olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, A. Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub və bu gün onun barəsində cinayət işi başlanıb.

Hazırda müxalif siyasətçi müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Qeyd edək ki, A. Martirosyan iyulun 17-də Yerevanda polis binasını ələ keçirən bir qrup silahlı şəxsə dəstək olaraq təşkil edilən etiraz aksiyasının təşkilatçılarından biridir.

1news.az

Paylaş:
861

Son xəbərlər

Bütün xəbərlər