Azərbaycanda prokurorluq işçisi həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda prokurorluq işçisi həbs edilib

16:42 - 30 / 07 / 2016
Azərbaycanda prokurorluq işçisi həbs edilib

Bu il Azərbaycanda iki prokurorluq işçisi barəsində cinayət işi başlanıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, bu ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 6 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər tutduğu vəzifədən azad olunub. Belə ki, xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol vermiş Səbail rayon prokurorluğunun müstəntiqi Vüsal Kazımov, İmişli rayon prokurorunun böyük köməkçisi Çingiz Quliyev, Xaçmaz rayon prokurorunun köməkçisi Tural Allahverdi və Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov prokurorluq orqanlarından xaric ediliblər.

Bundan başqa, xidməti və əmək intizamına riayət etmədiyinə, Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinin ciddi pozuntusu hallarına yol verdiyinə görə Masallı rayon prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədli prokurorluq orqanlarından xaric edilməklə barəsində aparılmış yoxlama materialı üzrə cinayət işi başlanıb.

Həmçinin, xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər