Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

15:19 - 01 / 08 / 2016
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Kiçik Qafqaz bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-140 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, avqustun 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 95 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 104 m3/s olmaqla, ongünlük normanın 150 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Bankədə 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 372 sm (2015-ci il avqustun 01-də 346 sm), Salyanda 148 sm (2015-ci il avqustun 01-də 117 sm), Bankədə 180 sm (2015-ci il avqustun 01-də 171sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2015-ci il avqustun 01-də 58 sm) təşkil edir. 

1news.az

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər