Zaqatalada bir nəfəri hədələyərək 60 min tələb edən dəstənin bütün üzvləri tutuldu
Bir ay öncə Zaqatalada cinayət törədən dəstənin digər iki üzvü də ələ keçib.
1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, iyulun 3-də Zaqatala rayonunun Aşağı Tala kənd sakini Ramiz Quliyev RPŞ-yə müraciət edərək həmin gün yaşadığı kəndin ərazisindən həmkəndliləri Kamil Həmzəyev, Elçin Zeynalov və Anar Məmmədov tərəfindən avtomobilə oturdularaq kəndin kənarına aparılmasını, orada onu bıçaqla hədələyib 60000 manat pul tələb edilməsini, vermədiyindən döyülməsini və ayağına bıçaqla xəsarət yetirilməsini bildirib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədov tutulub. Onun evinə baxış zamanı 608 qram marixuana, “İJ” markalı tüfəng və 42 ədəd patron aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə Kamil Həmzəyev və Elçin Zeynalov da tutulublar.
1news.az