Nikahdan öncə müayinədən keçən 7503 nəfərdə talassemiya aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nikahdan öncə müayinədən keçən 7503 nəfərdə talassemiya aşkarlanıb

11:11 - 01 / 08 / 2016
Nikahdan öncə müayinədən keçən 7503 nəfərdə talassemiya aşkarlanıb

Respublika Talassemiya Mərkəzinin hesabatı açıqlanıb.

1news.az Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, hesabatda 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsinin talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynadığı deyilib.

Qeyd olunub ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır:

“İndiyədək 152 659 nəfər müayinədən keçib. 7 503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərədə müvafiq məsləhətlər verilib. “Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və profilaktikası üzrə” Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır”, - deyə bildirilib.

1news.az

 

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər