Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı keçirilib - FOTO

00:00 - 02 / 08 / 2016
Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı keçirilib - FOTO

İyulun 30-dan başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, 12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da səhnəyə çıxırlar. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir.

Yerli və xarici musiqisevərlər avqustun 1-də açıq havada keçirilən muğam axşamını həvəslə gözləyirdilər. Konsertə böyük tamaşaçı marağı olduğu üçün Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnənin önünə əlavə oturacaqlar da yerləşdirilmişdi.

Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi II Respublika Televiziya Muğam Müsabiqəsinin qalibi xanəndə Güllü Muradovanın və I Respublika Televiziya Muğam Müsabiqəsinin diplomantı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti xanəndə İlkin Əhmədovun çıxışları böyük marağa səbəb oldu.

Gənc və istedadlı muğam ifaçılarını tarda Əməkdar artistlər Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, qanunda Çinarə Heydərova, həmçinin nağarada Emin Cəbrayılov, balabanda Fəqan Ələsgərov, udda Şəfa Kərimov müşayiət edirdi.

İki minədək tamaşaçının iştirakı ilə iki saat davam edən konsert alqışlarla başa çatdı.

1news.az

Paylaş:
483

Son xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”17 / 10 / 2024, 11:41TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirib17 / 10 / 2024, 11:27AMB günün valyuta məzənnələrini açıqladı17 / 10 / 2024, 11:23Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub17 / 10 / 2024, 11:09Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”17 / 10 / 2024, 10:35Azərbaycan neftinin qiyməti 75 dolları ötüb17 / 10 / 2024, 10:15“UForex” hesabını “SİMA İmza” ilə aç!17 / 10 / 2024, 10:05ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!17 / 10 / 2024, 10:00Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA17 / 10 / 2024, 09:38Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il keçir17 / 10 / 2024, 09:35Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür17 / 10 / 2024, 09:19Prezident Füzulinin işğaldan azad edilməsin dördüncü ildönümü ilə bağlı paylaşım edib17 / 10 / 2024, 09:06
Bütün xəbərlər