Talassemiya xəstəliyi olan 35 nəfərə sümük iliyi köçürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Talassemiya xəstəliyi olan 35 nəfərə sümük iliyi köçürülüb

11:57 - 01 / 08 / 2016
Talassemiya xəstəliyi olan 35 nəfərə sümük iliyi köçürülüb

Bu ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11 802 olub.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hazırda Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatında 2 729 xəstə var ki, onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir:

“2016-cı ilin 1-ci yarımilliyi ərzində Mərkəzə müraciətlərin sayı 11 802 olub. Onlardan 1 630 müraciət ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub”.

Nazirlikdən bildirilib ki, 2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə, ümumilikdə 2014-cü ildən indiyədək 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.

1news.az

 

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər