ATƏT qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək

09:53 - 02 / 08 / 2016
ATƏT qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək

ATƏT sabah qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Ağdam rayonu Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. 

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirəcəklər.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər