Sərhəddən “Tramadol” və marixuana keçirmək istəyən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhəddən “Tramadol” və marixuana keçirmək istəyən şəxslər saxlanılıb

14:49 - 03 / 08 / 2016
Sərhəddən “Tramadol” və marixuana keçirmək istəyən şəxslər saxlanılıb

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

1news.az-ın məlumatına görə, yoxlama zamanı vətəndaşa məxsus əl yüklərinin içərisində 600 ədəd həb şəklində “Tramadol” adlı güclü təsir edən maddə aşkar olunub.

 Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada xəttinə isə Gürcüstan Respublikasına getmək üçün daxil olan Azərbaycan Respublikasının vətəndaşına məxsus siqaret qutusundan bir ədəd bükümdə, 2 qram narkotik vasitə olan - marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər