Böyük Britaniyanın Azərbaycandakı səfiri: “Ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi vacibdir” | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniyanın Azərbaycandakı səfiri: “Ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi vacibdir”

16:55 - 02 / 08 / 2016
Böyük Britaniyanın Azərbaycandakı səfiri: “Ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi vacibdir”

Azərbaycanda azad internetin olması ölkə üçün çox mühüm amildir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri Kerol Krofts bildirib.

Səfir Kerol Krafts diplomatik fəaliyyəti dövründə Böyük Britaniyanın və Azərbaycanın media qurumları arasında əlaqələrin möhkəmlənməsində, qarşılıqlı səfərlərin, təlim proqramlarının təşkilində səylərini əsirgəməyəcəyini bildirib. Diplomat ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən səfir ölkəmizin mühüm coğrafi mövqedə yerləşdiyini və bu amilin gələcək inkişafda əhəmiyyətli rol oynayacağını söyləyib.

1news.az

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər