Cəbhəboyu zonada daha bir yaşayış kompleksi və yeni hərbi şəhərcik istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbhəboyu zonada daha bir yaşayış kompleksi və yeni hərbi şəhərcik istifadəyə verilib – FOTO

18:51 - 02 / 08 / 2016
Cəbhəboyu zonada daha bir yaşayış kompleksi və yeni hərbi şəhərcik istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.

1news.az-ın məlumatına görə, avqustun 2-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində zabit ailələri üçün daha bir yaşayış kompleksi və yeni hərbi şəhərciyin açılışında iştirak edib.

Hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan və hər biri 3 otaqdan ibarət 48 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən təmirli mənzillər mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərcikdəki obyektlərlə tanış olub. 

Müdafiə naziri Zakir Həsənov şəxsi heyətlə görüşdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Dövlət rəhbərliyinin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələrin artıq 70 faiznin sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edildiyini bildirən müdafiə naziri, Ali Baş Komandan İlham Əiyevin diqqət və qayğısı nəticəsində orduya yeni silah və texnikaların alınması, yeni hərbi hissələrin açılışı, zabitlər üçün yeni xidməti və daimi mənzillərin verilməsinin döyüş hazırlığına, nizam-intizamın yüksəldilməsinə birbaşa təsir göstərən amillərdən olduğunu xüsusi qeyd edib.

Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, müvafiq göstəriş və tövsiyələrini verib.

1news.az

 

Paylaş:
363

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər