Elmar Məmmədyarov Almaniyanın yeni səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Republikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.
1news.az-ın məlumatına görə, E.Məmmədyarov səfir M.Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.
Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətarfında fikir mübadiləsi aparılıb.
1news.az
713