Bakının bir hissəsi susuz qalacaq
Bu gün Bakının bir hissəsində içməli suyun verilişində fasilə olacaq.
1news.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 4 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
514