ABŞ Fətullah Gülənin ekstradisiyası ilə əlaqədar Türkiyəyə nümayəndə heyəti göndərəcək | 1news.az | Xəbərlər
Dünya

ABŞ Fətullah Gülənin ekstradisiyası ilə əlaqədar Türkiyəyə nümayəndə heyəti göndərəcək

17:15 - 06 / 08 / 2016
ABŞ Fətullah Gülənin ekstradisiyası ilə əlaqədar Türkiyəyə nümayəndə heyəti göndərəcək

Türkiyə FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı Amerika Birləşmiş Ştatları ilə yeni danışıqlara başlayacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi gələn həftə bu mövzuda danışıqlar aparmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərməyə qərar verib.

Eyni zamanda Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin ABŞ-a səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş verən hərbi çevriliş cəhdindən sonra Ankara ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edib.

1news.az

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər