“BİZİM SÜFRƏ” markasından imtina edə bilməyəcəyiniz yeni məhsul - FOTO
2009-cu ildən bəri “BİZİM SÜFRƏ” markası altında istehsal olunan məhsullar ilk gündən alıcıların rəğbətini qazanıb.
Mayonez və ketçup məhsulları ilə tanıdığımız marka indi bazara yeni pomidor və acılı souslarını təqdim edir.
Pomidor sousları üç çeşidi: ədviyyatlı, acılı və acılı-ədviyyatlı olmaqla yeməkləri daha dadlı və iştahaçıcı edir. Bir qablaşdırma məhsulunun istehsalı üçün 10-dan çox yerli və seçilmiş pomidordan istifadə edilir. Pomidor souslarının vermişel, müxtəlif qızartmalarla yeyilməsi tövsiyə edilir, hətta bu souslar yeməklərin hazırlanması zamanı da istifadə oluna bilər.
Acılı souslar “BİZİM SÜFRƏ” markasının istehlakçılara təqdim etdiyi yeni məhsullardandır. Acılı sousların özəlliyi onların meyvələrin şahı olan nardan hazırlanmış olmasıdır. Souslar üç çeşiddə: acılı nar, acılı nar barbekü və acılı bibər sousu olaraq bazara təqdim edilib. Tərkibində heç bir qatqı maddəsi olmayan bu souslar qızardılmış yeməklər, qutab, kabab və bir çox yeməklərlə yeyilərkən ağız dadını dəyişir və iştah açır.
Bundan sonra da “BİZİM SÜFRƏ” markası istehlakçılarını yeni və fərqli məhsullarla sevindirməkdə davam edəcək.