SOCAR brendi altında 22-ci yanacaqdoldurma məntəqəsinin açılışı olub
Şamaxı şəhəri, Əngərxaran kəndində SOCAR brendi altında sayca 22-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan '”SOCAR PETROLEUM'” QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib.
Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.
T.Seyidov SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb.
Qeyd olunub ki, bu məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır. O, “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb.
1news.az