Rusiya və Türkiyə ilin sonunadək ticarət əməkdaşlığına dair proqram hazırlayacaqlar | 1news.az | Xəbərlər
Dünya

Rusiya və Türkiyə ilin sonunadək ticarət əməkdaşlığına dair proqram hazırlayacaqlar

23:55 - 09 / 08 / 2016
Rusiya və Türkiyə ilin sonunadək ticarət əməkdaşlığına dair proqram hazırlayacaqlar

Rusiya və Türkiyə 2019-cu ilədək dövrü əhatə edəcək ticarət əməkdaşlığına dair proqramı bu ilin sonunadək hazırlayıb başa çatdıracaqlar.

Bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.

“Strateji məsələlərin həlli məqsədilə  2019-cu ilədək dövrü əhatə edəcək iqtisadi-ticarət, elmi-texniki və mədəni əlaqələr proqramını tezliklə hazırlayıb başa çatdırmaq qərara alınıb. Biz türkiyəli həmkarlarımızla ilin sonunadək bu işləri yekunlaşdırmaq və proqramı imzalamağa hazırlamaq niyyətindədik”, - deyə Ulyukayev Rusiya və Türkiyənin işgüzar dairələrinin görüşündə bildirib.    

“Biz xidmətlərin alqı-satqısı, investisiya, ticarət sahəsində liberallaşdırılmaya dair sazişin əldə olunması istiqamətində işlərin bərpa olunmasına böyük əhəmiyyət veririk”, - deyə nazir qeyd edib.  

Onun sözlərinə görə, sentyabrın əvvəlində məsələ ilə əlaqədar məsləhətləşmələrin aparılması nəzərdə tutulub. 

RİA Novosti 

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər