ABŞ-da qolu qandallanan müsəlman şagirdin ailəsi 15 milyon təzminat tələb edib - FOTO
ABŞ-da etdiyi icada görə qolu qandallanan müsəlman şagirdin ailəsi məhkəməyə şikayət ərizəsi verib.
1news.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ötən il Teksas ştatında “MacArthur” liseyində oxuyan Sudan əsilli 14 yaşlı Əhməd Məhəmməd adlı müsəlman şagird özü saat hazırlamışdı.
Hazırladığı saatı müəlliminə göstərmək üçün məktəbə aparan şagirdin əlindən bomba olduğunu düşünən başqa bir müəllim məktəb rəhbərliyinə və polisə məlumat vermişdilər Polislər uşağın əlini qandallayaraq polis idarəsinə aparmışdılar.
Bu skandal qısa zamanda ölkədə yayıldıqdan sonra Əhmədə dəstək mesajları gəlməyə başlamış, hətta, ABŞ prezidenti Barak Obama müsəlman şagirdi “Ağ Ev”ə dəvət edib. Həmçinin, yeni prezident seçkilərində namizəd olan Hillari Klinton, “Facebook”un qurucusu Mark Zukerberq, NASA, “Google” və “Massachust Institute of Technology (MIT)” kimi nəhəng qurumlar da Əhmədə dəstək verdiklərini açıqlamışdılar.
Bundan başqa, Tvitter istifadəçiləri Əhməd Məhəmməd üçün “IstandWithAhmed” (Əhmədin yanındayam) etiketi ilə dəstək verilmişdi.
Bu hadisələrdən sonra Əhmədin ailəsi bir vəqfin dəvətini qəbul edərək Qətərə köçüb və orada təhsil almağa başlayıb.
Hazırda Əhmədin valideynləri hadisənin baş verdiyi İrvinq şəhərinin rəhbərliyi haqqında 10 milyon dollar, məktəb rəhbərliyi haqqında isə 5 milyon dollarlıq təzminat almaq üçün məhkəməyə müraciət ediblər. Əhmədin ailəsi İrvinq bələdiyyə sədri Beth Van Duyne və digər rəsmilərin yazılı olaraq üzr istəmələrini tələb edirlər.
1news.az